Energetika naziri Pərviz Şahbazov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edir.
Nazir oktyabrın 4-də Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanda keçirilən 1-ci Enerji Forumunda onlayn formatda çıxış edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Şahbazov çıxışı zamanı Şanxay Əməkdaşlıq Təşkilatı çətiri altında qlobal enerji istehsalı və istehlakı strukturunda təsirli mövqeyi olan ölkələrin, zəngin neft-qaz yataqları, yaşıl enerji potensialı, mühüm qlobal enerji-nəqliyyat dəhlizləri, ixrac infrastrukturlarının mövcudluğunu enerji sektorunda çoxtərəfli formatda əməkdaşlıq üçün böyük imkanlar kimi dəyərləndirib.
“Təşkilatın dialoq tərəfdaşı olan Azərbaycan qurumla əlaqələrin inkişafına böyük önəm verir. (...) Azərbaycanın suverenliyinin bərpa edilməsi ilə regionda böyük inkişaf prosesinin qarşısını alan maneələri aradan qaldıran və sülhü təmin edən yeni bir dövrə qədəm qoyuldu. Regionun enerji, nəqliyyat və logistika potensialından istifadə üzrə geniş əməkdaşlıq imkanları yarandı”, - deyə o vurğulayıb.
Şahbazov qeyd edib ki, ŞƏT ölkələri ilə ənənəvi və bərpa olunan enerji sahəsində əməkdaşlıq əlaqələri qurulub. Çinlə 2 QVt gücündə yaşıl enerji layihələrinin həyata keçirilməsi, Pakistana “SOCAR Trading” vasitəsilə LNG tədarükü, Azərbaycanla Özbəkistanın energetika sahəsində əməkdaşlığının dərinləşdirilməsi, həmçinin SOCAR-la “Uzbekneftqaz”ın hər iki ölkədə neft-qaz layihələrində iştirakı ilə bağlı müvafiq sənədlərin, eləcə də energetika nazirlikləri arasında 2023-2025-ci illər üzrə Yol Xəritəsinin imzalanması, Qazaxıstan neftinin BTC ilə nəql olunması nümunələr kimi qeyd olunub.
Nazir vurğulayıb ki, təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il 45.8% artaraq 9 milyard dollardan çox olub. Bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ötən il 17% təşkil edib. ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 3.2 milyard dollar sərmayə yatırıb.
Forum “Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY” tədbiri çərçivəsində keçirilir və qlobal çağırışlar nəzərə alınmaqla təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafı üzrə strateji yanaşmalara həsr olunub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət