Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən görüşün yekunları üzrə ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılmasına sadiqliyi əks etdirən bəyanat qəbul ediblər.
Onlar (bəyanatı imzalayanlar – İF) Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, - deyə Aİ Şurasının dərc etdiyi bəyanatda bildirilir.
Bəyanatda SSRİ Baş Qərargahının tərəflərə təqdim etdiyi ən son xəritələr əsasında sərhədlərin delimitasiyası üzərində işin aparılmasının zəruriliyi vurğulanıb. Bildirilib ki, bu xəritələr həm də sülh müqaviləsinin bağlanması və bütün humanitar məsələlərin həlli üçün əsas olmalıdır.
“Onlar regional əməkdaşlığın genişləndirilməsinə və bütün sərhədlərin, o cümlədən Ermənistan və Türkiyə arasındakı sərhədin, həmçinin regional kommunikasiyaların ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmət, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılmasına çağırıblar”, - deyə bəyanatda qeyd olunur.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət