Britaniyanın “Anglo Asian Mining” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF-Az) 2023-cü ilin yanvar-sentyabr aylarında 28,686 min unsiya qızıl ekvivalentində (GEO) qiymətli metal hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 33,4% azdır. Bu barədə şirkətin məlumatında deyilir.
Hesabat dövründə Azərbaycanda 18,771 min unsiya qızıl (azalma 41,3% - İF), 2,111 min ton mis (artım 11,6% - İF) və 50,272 min unsiya gümüş (azalma 65,2% - İF) hasil edilib.
Yanvar-sentyabr aylarında “Gədəbəy” yatağından 17,348 min unsiya qızıl (azalma 41,3%) və 7,924 min unsiya gümüş (azalma 64,2%) hasil edilib.
“2023-cü ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən dünya bazarlarında bir unsiyası $1,949 min olan 13,406 min unsiya qızıl külçə (azalma 37%) satılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında isə hər unsiya üçün orta satış qiyməti $1,727 min təşkil edib”, - deyə məlumatda bildirilir.
9 ay ərzində şirkət 12,194 min ton mis konsentratı (artım 19,4%) hasil edib. Bu həcmin $13,487 milyon məbləğində (azalma 8,6% - İF) 9,006 min tonu (artım 14,9%) dünya bazarlarında satılıb.
“Anglo Asian” şirkətinin prezidenti və baş icraçı direktoru Reza Vəziri bildirib ki, 9 ay ərzində şirkətin Azərbaycandakı fəaliyyətinin nəticələrinə “Micon” şirkətinin “Gədəbəy” mədənində apardığı ekoloji təftiş təsir göstərib. Bu səbəbdən AAM avqust ayından etibarən “Gədəbəy” müqavilə sahəsində flotasiya üsulu ilə filiz emalı qurğusunun işini və hasilatı 2 ay müddətinə dayandırıb.
“Bu, şirkət üçün çətin rüb olub, çünki Azərbaycan hökumətinin sifarişi ilə həyata keçirilən ekoloji təftiş onun fəaliyyətinə təsir edib. Yoxlamanın nəticələri şirkətin sistemləri və resurslarının təkmilləşdirilməsini tələb edən sahələri müəyyənləşdirdi. İndi biz bu problemlərin tez bir zamanda həllini təmin etmək üçün hökumətlə işləyirik. Bununla yanaşı, ətraf mühitin çirkləndirilməsi ilə bağlı iddiaların əsassız olması bizi sevindirdi. Çünki hesabatda şirkətin qəbul edilmiş yüksək sənaye standartları və rəhbər prinsiplər çərçivəsində fəaliyyət göstərdiyi qeyd olunur”, - deyə Vəziri bildirib.
ААМ-ın məlumatına görə, 2023-cü il sentyabrın 30-na şirkətin sərbəst pul vəsaitlərinin həcmi $1,6 milyon (iyunun 30-na $9,6 milyon) təşkil edib. III rübdə şirkət 2022-ci il üzrə $4,6 milyon məbləğində final dividend ödəyib.
“2023-cü il sentyabrın 30-na şirkət hedcinq proqramı çərçivəsində bir unsiyası $1 min 959 olan 1000 unsiya qızıl külçənin satışını başa çatdırıb. Bu, AAM-ın hər unsiyadan $27,075 milyon məbləğində əlavə gəlir əldə etməsini təmin edib. III rübdə şirkət tərəfindən 2,9 min unsiya qızıl külçə satılıb”, - deyə məlumatda bildirilir.
2023-cü il sentyabrın 30-na şirkət $7 milyon məbləğində satılmamış qiymətli metal, o cümlədən $5,9 milyon məbləğində qızıl və gümüş külçə və $1,1 milyon məbləğində mis konsentratı ehtiyatına malikdir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb
2023-cü ildə “Anglo Asian Mining” qiymətli metal hasilatını 30-34 min unsiya qızıl ekvivalentində proqnozlaşdırır. Bundan başqa, şirkət bu il qızıl hasilatını 22-23 min unsiya, mis hasilatını 2,1-2,2 min ton həcmində gözləyir.
“Anglo Asian Mining plc” şirkətinin 2023-2028-ci illəri əhatə edən strateji inkişaf planına əsasən, 2024-2025-ci illərdə Azərbaycanda 70-75 min unsiya, 2026-2027-ci illərdə 115-125 min unsiya, 2028-ci ildə 175 min unsiya qiymətli metal hasil ediləcək. Beləliklə, 2023-2028-ci illərdə qiymətli metal hasilatı 3,2-3,5 dəfə artacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət