2028-ci ilə qədər Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-2027-ci illərdə bir barel neftin orta qiymətinin $80 səviyyəsindəki halında $58,6 milyard təşkil edə bilər.
2022-ci ilin yekunları üzrə ARDNF-nin aktivləri təxminən $49 milyard təşkil edib. Beləliklə, 2023-2027-ci illərdə Fondun aktivləri 19,6% təşkil edə bilər.
2023-cü il sentyabrın 30-na planlaşdırılmış xərclərin az olması fonunda ARDNF-nin aktivləri $55 milyard 524 milyon (yanvar-sentyabr aylarında artım 13%) həcmində qiymətləndirilir.
“İnterfaks-Azərbaycan” agentliyi Maliyyə Nazirliyinin materiallarına istinadən xəbər verir ki, neftin müxtəlif qiymətləri halında ARDNF-nin aktivlərinin dəyişməsi ilə bağlı bir neçə ssenari hazırlanıb.
Xüsusilə, bir barel neftin orta qiyməti $60 səviyyəsində olacağı baza variantı halında 2024-cü ilə qədər ARDNF-nin aktivləri (planlaşdırılmış xərclərin 100%-lik maliyyəlşdirilməsi halında) $54,1 milyarda (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 10,4% - İF) çatacaq.
Proqnozlara əsasən, bir barel neftin orta qiyməti $60 səviyyəsində olacağı halda 2024-cü ildə ARDNF-nin aktivləri $53,6 milyarda qədər, 2025-ci ildə - $52,8 milyarda qədər, 2026-cı ildə - $51,5 milyarda qədər, 2027-ci ildə – $50,5 milyarda qədər azalacaq.
Bir barel neftin orta qiyməti $70 səviyyəsində olacağı halda ARDNF-nin aktivlərinin dəyişilməsi dinamikası aşağıdakı kimi olacaq: 2024-cü ilin sonuna - $54,6 milyard, 2025-ci ilə qədər - $54,8 milyard, 2026-cı ilə qədər - $54,5 milyard, 2027-ci ilə qədər – $54,4 milyard.
Bir barel neftin orta qiyməti $80 səviyyəsində olacağı halda ARDNF-nin aktivlərinin dəyişilməsi dinamikası aşağıdakı kimi olacaq: 2024-cü ilin sonuna - $55,6 milyard, 2025-ci ilə qədər - $56,7 milyard, 2026-cı ilə qədər - $57,5 milyard, 2027-ci ilə qədər – $58,6 milyard.
Həmçinin, Maliyyə Nazirliyi hadisələrin inkişafının pessimist variantlarını qeyd edib. Bir barel neftin qiyməti $50 səviyyəsində olacağı halda 2028-cl ilədək ARDNF-nin aktivləri $46,5 milyarda qədər, neftin qiyməti $40 səviyyəsində olacağı halda - $42,5 milyarda qədər azalacaq.
Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, beynəlxalq maliyyə institutları tərəfindən neftin qiyməti 2023-cü ildə $80-84 civarında proqnozlaşdırılıb, baxmayaraq ki, Azərbaycan hökuməti büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin orta illik qiymətini $60 səviyyəsində götürüblər.
O cümlədən, Maliyyə Nazirliyi qeyd edib ki, neftin qiymətinin hər $10 dəyişməsi ortamüddətli dövrdə (2024-2027-ci illər) icmal büdcə gəlirlərinin illik təqribən 2,1-2,2 milyard manat artmasına və ya azalmasına gətirib çıxarır.
ARDNF-də neft müqavilələrinin reallaşdırılmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət