Sumqayıtda işə salınmış “Novus Plastica” MMC istehsal olunan məhsulun 60%-ni ixrac etməyi planlaşdırır, hazırda Rusiyaya tədarükün başlanması üçün iş aparılır. Bunu şirkətin direktoru Fərid Cəfərov deyib.
Sənaye parkının 3,5 hektar ərazisində inşa edilmiş müəssisədə iki növ məhsulun – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir.
“Novus Plastica” MMC daxili bazarın qara karbon konsentrat qatqısına və polietilen sənaye qablaşdırmasına olan tələbatını 100% ödəyəcək. Müəssisənin illik istehsal gücü ildə 6 min ton qara karbon konsentrat qatqısı və 2 min ton polietilen sənaye qablaşdırmasıdır”, - deyə Cəfərov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, istehsal olunan məhsulun 40%-nin daxili bazarda satılması planlaşdırılır və bu, Azərbaycanda həmin məhsullara olan tələbatı tam ödəməyə imkan verəcək, qalan 60% isə ixrac olunacaq.
Cəfərov vurğulayıb ki, hazırda məhsul nümunələri Rusiyaya göndərilib və orada analiz edilir. “Həmçinin digər qonşu ölkələrə də ixrac planlaşdırılır”, - deyə şirkət rəhbəri əlavə edib.
İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.
“Novus Plastica” MMC tərəfindən “SOCAR Polymer” MMC-nin və “Azərikimya” İstehsalat Birliyinin məhsullarından xammal kimi istifadə olunacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət