Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” layihəsini reallaşdırmağı planlaşdırır. Bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov məlumat verib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Davıdov RBK nəşri üçün köşəsində qeyd edib ki, Rusiya ticarətinin Şərq və Cənub ölkələrinə oriyentasiyasını dəyişməyini “tamamlanmış fakt” hesab edir.
Onun sözlərinə görə, bütövlükdə «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat-logistika dəhlizləri formalaşıb, onlar vasitəsilə yük dövriyyəsi 20-35% artıb.
Davıdov dost ölkələrlə beynəlxalq sazişlər çərçivəsində malların daşınmasının sürətləndirilməsi layihələrinin aktivləşdirilməsinin vacibliyini qeyd edir. O, ən perspektivli layihələr arasında Azərbaycan, İran, Suriya, Özbəkistan, Çin və Türkiyə ilə «Sadələşdirilmiş gömrük dəhlizi» layihələrinin adlaırını çəkir. Sadələşdirilmiş gömrük dəhlizi saziş imzalayan ölkələr arasında malların yerdəyişməsi zamanı malların bəyannaməsi və çıxarılmasında inzibati yükün və gömrük nəzarəti tədbirlərinin tətbiqinin tezliyinin azaldılmasını nəzərdə tutur. Saziş həm bütün mallara, həm də onların ayrı-ayrı qruplarına aid ola bilər.
Davıdov qeyd edir ki, dost ölkələrlə ticarətin inkişafında növbəti addım səlahiyyətli iqtisadi operator institutunun qarşılıqlı tanınmasıdır. Səlahiyyətli iqtisadi operator statusu şirkətlərə gömrük nəzarəti çərçivəsində müəyyən üstünlüklər və güzəştlər əldə etməyə imkan verir.
"Bundan əlavə, Azərbaycan, Çin və Monqolustanla gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması layihələri həyata keçirilir. Onların praktik qaytarılmasının artırılmasına nail olmaq, iştirakçılar dairəsini genişləndirmək, ticarət dövriyyəsinin həcmini artırmaq, malların tədarükü zəncirlərinin şəffaflığını və təhlükəsizliyini artırmaq vacibdir", - o vurğulayıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət