Hacıqabul Sənaye Məhəlləsində istilik izolyasiya lövhələrinin istehsalı üzrə “Penoplex Prikavkazye” MMC fəaliyyətə başlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir ki, Rusiya kapitallı müəssisənin investisiya dəyəri 18,4 milyon manatdır və istehsal olunan məhsulların 60%-nin daxili bazarda satışı, 40%-nin isə ixracı planlaşdırılır.
Müəssisə 6,7 hektar ərazidə inşa edilib.
Hacıqabul Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə Hacıqabul rayonunda 20 hektar sahədə yaradılıb. Dövlət başçısının 13 may 2020-ci il tarixli sərəncamı ilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisi 40 hektar genişləndirilib. Sənaye Məhəlləsində ümumi investisiya həcmi 163 milyon manatdan çox olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 8-i artıq fəaliyyətə başlayıb. 2023-cü ilin 9 ayında Sənaye Məhəlləsində 51 milyon manat dəyərində məhsul istehsal edilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət