Ermənistan Yerasx qəsəbəsi (Arazdəyən, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə) yaxınlığında metallurgiya zavodunun inşası ilə bağlı məsələlər üzrə Bakı ilə danışıqlar aparmağa razılaşıb və Azərbaycan iddialarının əsaslı olduğunu qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“İnterfaks-Azərbaycan” öncə məlumat verib ki, 2023-cü il sentyabr ayında Azərbaycanın ekologiya təbii sərvətlər naziri Muxtar Babayev erməni həmkarına məktub ünvanlayıb. Məktubda Ermənistandan Espo Konvensiya üzrə öhdəliklərinə əməl edilməsi, layihənin zərərli transsərhəd təsirlərini müəyyən etmək məqsədi ilə məsləhətləşmələrə başlamaq üçün zəruri məlumatların təqdim edilməsi və zavodun tikintisinin həmin ərazidə dayandırılması tələb edilib. Bununla əlaqədar, həmçinin BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibinə müraciət ünvanlanıb.
“Ermənistan tərəfinin cavab məktubunda Konvensiya üzrə öhdəlikləri pozulmadığı, sözügedən fəaliyyətin Azərbaycanın ətraf mühitinə əhəmiyyətli mənfi təsir etməyəcəyi qeyd olunub və İrəvan Bakının məsləhətləşmələr aparmaq, sənədləri təqdim etmək və zavodun tikintisinin həmin ərazidə dayandırılması ilə bağlı tələblərini rədd edib”, - XİN-in məlumatında deyilir.
Nazirlikdən bildirilir ki, 2023-cü il oktyabrın 13-də BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi adından Azərbaycan tərəfinə cavab məktub ünvanlanıb. Məktubda təsdiqlənib ki, Ermənistanın həqiqətən də müzakirələrinin aparılması və ekoloji və layihə sənədlərinin təqdim edilməsi üzrə öhdəlikləri var.
“Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə müraciəti və İrəvana qarşı davamlı hüquqi-diplomatik təzyiqləri nəticəsində 2023-cü il oktyabrın 31-də Ermənistanın iqtisadiyyat naziri zavodun inşasının (sərhəddən uzaq olan) yeni yerə keçirilməsi barədə mətbuata açıqlama verib. Eyni zamanda, Ermənistanın ətraf mühit naziri icraçı katibə müraciət ünvanlayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bildirib”, - məlumatda deyilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət