Prezident İlham Əliyev Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümidvar olduğunu deyib.
“Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik”, - deyə Əliyev Fələstin Dövlətinin milli bayramı münasibətilə fələstinli həmkarı Mahmud Abbasa ünvanladığı təbrik məktubunda bildirib.
Sənəd bu gün Azərbaycan liderinin saytında dərc olunub.
Əliyev vurğulayıb ki, Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirib və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
“Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcək”, - deyə prezident əlavə edib.
Əliyev 2022-ci ildə Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin təsis edilməsini ikitərəfli əlaqələrin inkişafı istiqamətində atılmış müsbət addım adlandırıb.
O qeyd edib ki, Fələstində məktəbin inşa edilməsi məsələsi də gündəlikdədir.
“İnanıram ki, ölkələrimiz arasında xoş ənənələrə malik dostluq əlaqələri və əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət