Vətəndaşların Şuşaya köçürülməsinə 2024-cü ilin fevral-mart aylarında başlanılacaq, bu proses 300-dən çox ailəni əhatə edəcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovbəyan edib.
“23 binadan ibarət yaşayış kompleksində tikinti işləri gələn ilin birinci rübündə tam başa çatdırılacaq. Yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Azərbaycan vətəndaşlarının Şuşaya köçürülməsinə 2024-cü ilin fevral-mart aylarında başlanılacaq. Bu proses 300-dən çox ailəni əhatə edəcək», - Kərimov “Azərtac” dövlət agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2024-cü ilin birinci yarısında 90 çarpayılıq Şuşa şəhər xəstəxanasınınistifadəyə verilməsi planlaşdırılır.
Kərimov vurğulayıb ki, 2024-cü ildə Şuşada daxili yolların tikintisnə başlanılacaq. “Ümumi uzunluğu 56 kilometr olan daxili küçə və yol şəbəkəsinin ilk 17 kilometrlik hissəsinin tikintisinə isə gələn il başlanılacaq”, - o qeyd edib.
Xüsusi nümayəndə əlavə edib ki,hazırda Şuşada ümumi otaq sayı 260 olan üç otel tam fəaliyyət göstərir. Gələn ildən daha bir neçə yeni qonaqlama yerləri açılacaq. “Bundan başqa, Daşaltı kəndinin böyük turizm potensialı var. Artıq Daşaltı kəndində də özəl investorlar tərəfindən kənd üslubunda otel və kotteclərin inşasına başlanılıb”, - Kərimov vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycan hökumətinin qiymətlndirmələri əsasən, 2040-ci ilə qədər Şuşada 2-23 min nəfər yaşayacaq. **
R.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət