Rəsmi Bakı yeni regional təhlükəsizlik arxitekturası qurmağa çalışır. “İnterfaks-Azərbaycan” agentliyi “EU Today”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Biz regionda ədalət prinsiplərinə söykənən, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyan və bir-birimizə qarşı bütün ərazi iddialarına son qoyaraq yeni regional təhlükəsizlik arxitekturasını qurmaq istərdik”, - deyə prezidentin köməkçisi bildirib.
O qeyd edib ki, Azərbaycan İrəvan və Bakı arasında qarşılıqlı təması dəstəkləyir. “Düşünürəm ki, biz sülh razılaşmasına gəlməliyik. Digər tərəfdaşlar da bu razılaşmanı dəstəkləyə bilər”, - deyə Hacıyev hesab edir.
O, Ermənistan qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından sonra Bakı ilə İrəvan arasında sülh razılaşması bağlamaq üçün heç bir əngəlin olmadığını diqqətə çatdırıb.
Prezidentin köməkçisi vurğulayıb ki, “Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var. Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir və Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir”.
“Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib ki, onlar hələ də cavab vermirlər”, – deyə o diqqətə çatdırıb.
Hacıyev əlavə edib ki, Aİ-nin Fransa kimi bəzi üzv ölkələri Ermənistanın hərbiləşdirilməsi proqramına başlayıb və Bakı bu proqramı zərərli hesab edir.
“Ermənistanın militarizasiya proqramına ehtiyacı yoxdur. Ermənistanın sülh proqramına ehtiyacı var... Bu cür hərbiləşdirmə proqramlarını zərərli hesab edirəm”, - deyə o vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi Avropa qurumlarına “problemin deyil, həllin bir hissəsi olmağı” təklif edib.*
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət