Noyabrın 27-28-də Aşqabadda Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək.
“İnterfaks-Azərbaycan” Türkmənistan hökumətinin məlumatına istinadən xəbər verir ki, Birgə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində həmçinin biznes forum baş tutacaq.
Forumda neft-qaz sənayesi, toxuculuq sektoru, kənd təsərrüfatı və qida məhsullarının istehsalı, tikinti və tikinti materiallarının istehsalı, əczaçılıq, nəqliyyat-logistika sahəsində, informasiya texnologiyaları və s. sahələrdə ixtisaslaşmış şirkətlərin iştirakı gözlənilir.
Bundan başqa, Türkmənistanın işgüzar dairələrinin nümayəndələri ilə Azərbaycan şirkətləri arasında bir sıra ikitərəfli görüşlərin və danışıqların aparılması nəzərdə tutulur.
Forumun yükunlarına dair müvafiq sənədlərin imzalanması gözlənilir.
Türkmənistan prezidenti SərdarBerdiməhəmmədov Türkmənistan-Azərbaycan biznes forumuna lazımi səviyyədə hazırlaşmağı tapşırıb. Onun sözlərinə görə, qarşıdakı işgüzar görüş çərçivəsində ikitərəfli əməkdaşlığın yeni istiqamətlərinin müzakirəsinə xüsusi diqqət yetirilməlidir. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət