İsrail hökuməti HƏMAS ilə barışıq müddətini on günlə məhdudlaşdırıb. Bu barədə «The Times of Israel» Nazirlər Kabinetinin sənədinə istinadən xəbər verir.
«Hərbi əməliyyatlarda girov mübadiləsi və fasilə maksimum on günlə məhdudlaşır», - İsrail Nazirlər Kabinetinin qərarında deyilir. Bu müddətin hesablanması ilk girovların sərbəst buraxılmasından sonra başlayacaq.
«Qərara əsasən, 300 fələstinli məhbusun hamısı yalnız 100 girov - İsrail vətəndaşı və ya sakinləri Qəzza zolağında azad edilərək İsrailə qayıtdıqları təqdirdə sərbəst buraxılacaq», - nəşr xəbər verir.
Əsirlərin azad edilməsi bir neçə mərhələdə həyata keçiriləcək. İlk mərhələdə HƏMAS-ın girov tutduğu 50 nəfər evə qayıtdıqdan sonra İsrail 150 fələstinli məhbusu azad edəcək.
«Birinci mərhələ dörd gün davam edəcək və bu müddət ərzində hərbi əməliyyatlarda fasilə olacaq», - sənəddə deyilir.
Ikinci mərhələdə əgər HƏMAS daha 50 girovu qaytararsa, Israil daha 150 əsiri azad edəcək.
«Əlavə hər 10 girovun azad edilməsi üçün döyüşlərdə 24 saat davam edən əlavə fasilə nəzərdə tutulacaq», - Nazirlər Kabinetinin qərarında qeyd olunur.
Hər mərhələdə sərbəst buraxılacaq məhbusların şəxsiyyətləri ilə bağlı qərarların qəbul edilməsi və mərhələlərin müddətinin müəyyən edilməsi İsrail hökumətinin hərbi kabinetinə həvalə olunub.
Sənədə əsasən, əsirlərin azad edilməsini təmin etmək üçün lazım olan fasilənin sonunda «İsrail hökuməti, İsrail Müdafiə Ordusu və təhlükəsizlik xidmətləri bütün girovları evə qaytarmaq, HƏMAS-ın ləğvini başa çatdırmaq və Qəzza tərəfindən İsrailə yeni təhlükənin olmamasına zəmanət vermək üçün hərbi əməliyyatlarını davam etdirəcəklər». **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət