Müdafiə sənayesi naziri Vüqar Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Essam Bin Saleh Algetale ilə görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi Müdafiə Sənayesi Nazirliyinə istinadən xəbər verir ki, Mustafayev qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və 4-8 fevral 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçiriləcək Beynəlxalq “World Defence Show” Müdafiə Sənayesi Sərgisində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin milli pavilyonla iştirak edəcəyini səfirin diqqətinə çatdırıb.
Eyni zamanda, o, 24-26 sentyabr 2024-cü il tarixlərində 5-ci dəfə keçiriləcək “ADEX 2024” Beynəlxalq Müdafiə Sərgisində Səudiyyə Ərəbistanı Krallığının şirkətlərini stendlə iştirak etməyə dəvət edib.
Səfir Səudiyyə Ərəbistanı Krallığının hərbi sənaye kompleksi ilə Müdafiə Sənayesi Nazirliyi arasında hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, perspektiv imkanlardan danışıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət