“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabelikdə olan birləşmə və hissələrlə ərazidə və Simulyasiya Mərkəzində kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.
Komanda-qərargah təliminin birinci mərhələsi bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonlarına çıxarılması ilə başlayıb. Açılmış səhra və stasionar döyüşü idarəetmə məntəqələrində üst komandanlıqdan alınmış tapşırığa əsasən əməliyyatların planlanmasına başlanaraq optimal qərarın qəbulu üçün hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunub.
“Qərargahlar tərəfindən əməliyyatların planlaşdırıldığı ərazinin döyüş sahəsinin kəşfiyyat hazırlığı aparılıb, düşmən və öz bölmələrimizin ağırlıq mərkəzləri, qəti nəticə nöqtələri təyin edilərək arzu olunan son nəticənin əldə edilməsi üçün hazırlanan müxtəlif fəaliyyət tərzləri komandirin qərarı olaraq seçilməsi məqsədilə hərb oyununda sınaqdan keçirilib”, - deyə məlumatda bildirilir.
Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsilə vizual müşahidə və havadan kəşfiyyat aparılaraq şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Əldə olunmuş kəşfiyyat məlumatları analiz edilərək manevr bölmələrinin döyüş meydanında hədəfə doğru sürətli və dəqiq irəliləməsi üçün onların qərargahlarına çatdırılıb.
Yuxarı qərargahdan alınmış döyüş əmrinə əsasən tank və mexanikləşdirilmiş bölmələr şərti düşmənin yerləşdiyi əraziyə hücum tapşırığını icra edib. Burada əsas diqqət düşmənin təminat yollarının və ehtiyatlarının yaxınlaşma istiqamətlərini görən hakim yüksəkliklərin ələ keçirilməsinə yönəldilib.
“Təlimin ikinci mərhələsi qərargahlar tərəfindən qəbul edilən qərarların real ərazidə icra olunma mümkünlüyünü, komandirlərin döyüş meydanında tabelikdə olan bölmələrini idarəetmə bacarıqlarını, atəş-dəstək vasitələrinin effektiv istifadəsini və hərtərəfli təminatın döyüşün bütün mərhələlərində təşkilini praktiki görmək məqsədilə Simulyasiya Mərkəzində kompüterlər üzərində oynanılması ilə keçirilib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət