Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 172,1 min ton metanol idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 10,8% - 66,3 milyon avroya qədər azalıb.
Yanvar-sentyabr aylarında Rumıniya metanolun əsas alıcısı olaraq qalıb, İtaliya Niderlandı ikinci pillədən sıxışdırıb, Litva isə ilk beşlikdə Finlandiyanı əvəzləyib.
Yanvar-sentyabr aylarında metanolun əsas idxalçılarının beşliyində aşağıdakı ölkələr yer alıb: Rumıniya - 21,3 milyon avro dəyərində (artım 4,6%) 57,3 min ton (artım 27%), İtaliya - 17,2 milyon avro dəyərində (azalma 4%) 54,6 min ton (artım 26,9%), Niderland - 11,2 milyon avro dəyərində (azalma 2,8 dəfə) 41,2 min ton (azalma 2 dəfə), İspaniya - 3,5 milyon avro dəyərində (artım 3 dəfə) 10,5 min ton (artım 3,5 dəfə), Litva - 1,3 milyon avro dəyərində (azalma 14,6%) 4,5 min ton (azalma 9,6%).
Statistik məlumatlara görə, 2023-cü ilin sentyabr ayında Azərbaycan Aİ ölkələrinə 11,4 milyon avro dəyərində (artım 49,4%) 26 min ton metanol (artım 22,8%) ixrac edib.
Sentyabr ayında metanolun əsas alıcılarının siyahısına İtaliya başçılıq edib.
Bu dövrdə ilk üçlüyə İtaliya (3,7 milyon avro dəyərində (artım 6,6 dəfə) 13,5 min ton (artım 11,3 dəfə), Rumıniya (2,2 milyon avro dəyərində (artım 1,7 dəfə) 7,9 min ton (artım 2,6 dəfə) və Litva (0,7 milyon avro dəyərində (azalma 2,1 dəfə) 2,7 min ton (azalma 1,9 dəfə) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 104,4 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 3,5 dəfə) 261,7 min ton metanol (artım 3,1 dəfə) idxal edib.*
R.Kərimov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət