Azərbaycan və Kubanın Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən 4-5 dekabr tarixlərində Kubada səfərdə olan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kuba tərəfindən isə xarici işlər nazirinin müavini Elio Rodriqez Perdomo rəhbərlik edib.
“Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, son müddətdə ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika, iqtisadi-ticarət, səhiyyə, turizm, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.
E.Məmmədov qarşı tərəfə Ermənistanla münasibətlərin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan yenidənqurma işləri barədə geniş məlumat verib.
Məsləhətləşmələrin ardınca Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında Siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.*
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət