Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın sonunda Sankt-Peterburqda keçirilməsi planlaşdırılan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəyinə ümid edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ayın sonunda ənənəyə uyğun olaraq Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasları və MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək. Biz Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin ötən illərdə olduğu kimi, bu il də bu tədbirlərdə iştirak edəcəyinə ümid edirik”, - deyə Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə bildirib.
O əlavə edib ki, Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir. “İki ay əvvəl, oktyabrın 12-də Bişkekdə liderlərimiz MDB sammiti çərçivəsində danışıqlar aparıblar və müttəfiqlik qarşılıqlı fəaliyyəti və strateji əməkdaşlığı dərinləşdirmək niyyətini təsdiq ediblər”, - deyə Rusiya XİN başçısı bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın baş naziri Əli Əsədov dekabrın 18-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.
S.Lavrov “3+3” regional platformasını perspektivli hesab etdiyini diqqətə çatdırıb. “İlham Heydər oğlu Əliyevin “3+3” regional platformasının yaradılması təşəbbüsü artıq formalaşır. Bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, - deyə o vurğulayıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət