Suverenliyə və ərazi bütövlüyünə hörmət, güc tətbiq edilməməsi və ya gücdən istifadə edilməməsi, Xəzərdən yalnız dinc məqsədlər naminə istifadə olunması, eləcə də qarşılıqlı təhlükəsizlik nəzərə alınmaqla hərbi fəaliyyətin həyata keçirilməsi Xəzər regionunun inkişafının təminatıdır. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Görüşümüz dünyada və regionda yüksək turbulentlik şəraitində keçirilir və bu, bizdən Xəzərin hüquqi statusu haqqında Konvensiyada öz əksini tapmış dövlətlərimizin ərazi bütövlüyü, suverenliyi, güc tətbiq edilməməsi, Xəzərdən yalnız dinc məqsədlər üçün istifadə edilməsi, eləcə də qarşılıqlı təhlükəsizlik nəzərə alınmaqla hərbi fəaliyyətin həyata keçirilməsi kimi bəndlər fəaliyyət prinsiplərinə qeyd-şərtsiz riayət edilməsinə lazımi diqqət göstərməyi tələb edir. Bu isə Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası kimi qalmasına xidmət edəcək”, - deyə nazir dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.
O, XİN başçılarının Moskva görüşünün Xəzərdə əməkdaşlığın səmərəliliyinin artırılmasına töhfə verəcəyinə, Xəzəryanı dövlət başçılarının region ölkələrinin keçmiş sammitlərində qəbul edilmiş qərarlarının icrası ilə bağlı hərtərəfli fikir mübadiləsi aparmağa imkan verəcəyinə və Xəzər mövzusu çərçivəsində bütün açıq məsələlər üzrə tərəflərin mövqelərini yaxınlaşdıracağına əminliyini ifadə edib.
Bayramovun sözlərinə görə, bu gün Xəzəryanı dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün sanballı hüquqi baza yaradılır və uzun illər müzakirə olunmuş və 2018-ci ildə imzalanmış Xəzərin hüquqi statusu haqqında Konvensiyanın tezliklə qüvvəyə minməsi əməkdaşlığın hərtərəfli inkişafına əlavə təkan verə bilər.
XİN başçısı qeyd edib ki, danışıqlar prosesinin əsas vəzifəsi Xəzəryanı dövlətlərin liderlərinin tapşırığına uyğun olaraq Xəzər dənizində birbaşa təməl xətlərin yaradılması metodikasına dair saziş layihəsinin yüksək səviyyəli işçi qrupu çərçivəsində razılaşdırılmasının tezliklə başa çatdırılmasıdır.
“Tərəflərin mövqelərinin yaxınlaşdırılması və beynəlxalq dəniz hüququnun mövcud normaları və hamı tərəfindən qəbul edilmiş beynəlxalq təcrübə əsasında kompromis əldə etmək üçün əlavə səylər göstərməyi, maksimum konstruktiv yanaşma sərgiləməyi və görüşlərin tezliyini artırmağı son dərəcə vacib hesab edirik”, - deyə Azərbaycan XİN başçısı bildirib.
Onun sözlərinə görə, bu gün Xəzərdə dövlət başçılarının sammitləri, Xəzər İqtisadi Forumu, xarici işlər nazirlərinin görüşləri, yüksək səviyyəli işçi qrupu kimi müxtəlif əməkdaşlıq formatları, eləcə də beştərəfli sənədlər çərçivəsində Xəzərdə əməkdaşlığa imkan verən mexanizmlər mövcuddur.
“Qeyd etmək istərdim ki, yüksək səviyyədə əldə edilmiş razılaşmalar gələcək beştərəfli əməkdaşlığın prioritetlərini müəyyən edir və Xəzəryanı dövlətlərin səmərəli qarşılıqlı fəaliyyətinə təkan verir. Azərbaycan Xəzərdə dövlətlərin fəaliyyətinin hüquqi cəhətdən nizamlanmasının formalaşmasında fəal iştirak edib və hazırda 16 sazişdən 15-nin iştirakçısıdır”, - deyə C.Bayramov diqqətə çatdırıb.
O əlavə edib ki, Bakı Xəzərdə hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlərin dinamikasını müsbət qiymətləndirir və qarşılıqlı məqbul yanaşmaların işlənib hazırlanması məqsədilə etimad, axtarış və xilasetmə, dəniz nəqliyyatı, dəniz üzgüçülüyünün təhlükəsizliyi, brakonyerlik və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərinə dair saziş layihələrinin müzakirəsini davam etdirmək vacibdir.
“Şübhəsiz ki, birbaşa təməl xətlərin yaradılması metodikasının yekun razılaşdırılması bir sıra müvafiq saziş layihələri üzrə lazımi konsensusun əldə olunmasına xidmət edə bilər”, - deyə nazir vurğulayıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət