Azərbaycan hökuməti indiyədək 987 ailənin Qarabağ və Şərqi Zəngəzura köçürülməsini təmin edib, 2023-cü ilin sonunadək bölgəyə daha 215 ailə qayıdacaq. Bunu baş nazir Əli Əsədov deyib.
“İşğaldan azad olunmuş ərazilərə 987 ailə və ya 3932 nəfər qayıdıb. İlin sonunadək daha 215 ailə bölgəyə köçürüləcək”, – deyə baş nazir bu gün bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin sonunadək 34,5 min ailə və ya 140 min nəfərin Qarabağ və Şərqi Zəngəzura köçürülməsi nəzərdə tutulub.
Ə.Əsədov vurğulayıb ki, 2021-2023-cü illərdə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma layihələrinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayırıb. 2024-cü ilin dövlət büdcəsində bu məqsədlər üçün 4 milyard manat vəsait nəzərdə tutulub. “2022-2026-cı illərdə 30,5 milyard manat məbləğində vəsait tələb olunur, növbəti illərdə (2024-2026-cı illərdə - İF) isə 14,5 milyard manat məbləğində vəsaitin ayrılması planlaşdırılır”, - deyə baş nazir əlavə edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət