Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib, müəssisə 2026-cı ildə işə salınacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, «Gen Pharma Caucasus Manufacturing Operations” MMC Azərbaycan İnvestisiya Şirkəti (29% pay), Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti (66%) və “SİA Pharmaceutical” MMC (5%) tərəfindən yaradılmış birgə müəssisədir.
Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq.
İnşa ediləcək zavodun investisiya dəyəri 59,3 milyon manatdır (cari məzənnə ilə təqribən $34,9 milyon) ki, bunun da 34%-ni özəl investisiyalar, 66%-ni isə kredit vəsaitləri təşkil edir.
Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. Zavodda istehsal edilən məhsulların MDB ölkələrinə də ixracı planlaşdırılır.
Tikinti işlərinin birinci mərhələsində zavodun sahəsi 5,1 ha təşkil edəcək, ikinci mərhələdə isə daha 2,7 ha artırılacaq.
Müəssisənin illik istehsal gücü 50 milyon qutudur.
İqtisadiyyat Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, müəssisənin tikintisinin 2025-ci ildə başa çatdırılması və 2026-cı ildə işə salınması planlaşdırılır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət