2024-cü ildə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2 müəssisə fəaliyyətə başlayacaq.
“İnterfaks-Azərbaycan” agentliyi İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir ki, 2024-cü ilin oktyabr ayında minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC işə salınacaq.
İnvestisiya həcmi 7,4 milyon manat olan müəssisədə 124 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.
Müəssisədə 2 model minatəmizləyən texnikanın (piyada əleyhinə minatəmizləyən “Revival P” və “Revival T” tank əleyhinə minatəmizləyən texnikaların) istehsalı həyata keçiriləcək. Eyni zamanda, zavodda bu texnikalara servis xidməti də fəaliyyət göstərəcək. Müəssisədə ildə 100 ədəd minatəmizləyən texnikanın istehsalı planlaşdırılır.
Bundan başqa, 2024-cü ildə Sənaye Parkının ərazisində “Holcim Azerbaijan” ASC tərəfindən əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək müəssisə işə salınacaq.
İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox insan daimi işlə təmin olunacaq. Sənaye Parkının ərazisində sement terminalı da istifadəyə veriləcək.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkı 200 hektar ərazini əhatə edəcək. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.*
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət