Karbon vahidlərinin beynəlxalq ticarəti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ildə Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) əsas mövzusu ola bilər. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf nazirinin birinci müavini İlya Torosov deyib.
“Hesab edirəm ki, növbəti COP-un əsas gündəliyi məhz 6-cı maddə (Paris sazişinin - İF) olacaq. Biz bunu istərdik, çünki karbon vahidləri bazarını, ikitərəfli sazişləri, kapitalın sərbəst hərəkətini, texnologiyalar, sanksiyalar və s.baxımından neytrallığı işə salmalıyıq. Bu, bizim üçün çox vacib məqamdır və bunu təşviq edirik”, - deyə o bildirib.
Nazir müavini qeyd edib ki, bu məsələ çərşənbə günü başa çatan COP28-in gündəliyində yer alsa da, konfrans iştirakçıları irəliləyiş əldə edə bilməyiblər. “Bunlar iqlim layihələri, onların nəticələrinin qarşılıqlı tanınması məsələləridir. Gündəliyə mərkəzləşdirilmiş mexanizm çərçivəsində karbon udulmaları ilə bağlı layihələrin həyata keçirilməsi üçün tövsiyələrin qəbul edilməsi daxil idi. (Rusiya nümayəndələri) təqdim olunan tövsiyələr layihəsini (bazar mexanizmlərinin inkişafına dair - İF) iş üçün yaxşı əsas hesab ediblər və danışıqlar zamanı onu dəstəkləyiblər, lakin bir sıra ölkələrin, xüsusilə Aİ-nin qeyri-konstruktiv mövqeyi sənədin qəbul edilməsinə imkan verməyib”, - deyə Torosov bildirib.
O, Aİ-nin digər ölkələrin karbon vahidlərini öz bazarına buraxmaq istəməməsi səbəbindən bu istiqamətdə dialoqun çətin olacağını gözləyir, “çünki bu, elə Aİ-nin özündə də karbon vahidlərinin ucuzlaşması ilə nəticələnə bilər”.
COP29 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət