Azərbaycan Respublikasının baş naziri Əli Əsədov dekabrın 19-da Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Görüşdə Əsədov Azərbaycanın Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlarla əməkdaşlığa böyük önəm verdiyini bildirilib. Bu baxımdan Beynəlxalq Maliyyə Korporasiyası ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önəmi vurğulanıb. Qeyd edilib ki, ötən müddət ərzində Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verib”, - deyə Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan hökuməti üçün prioritet hesab edilən sahələrdə Dünya Bankı, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə potensial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Diqqətə çatdırılıb ki, bu layihələr işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, məşğulluğun artırılması, “yaşıl” şəhərlərin yaradılması, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi, Bakı gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun tikintisi və digər istiqamətləri əhatə edə bilər.
Görüş zamanı Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Baş nazir ötən illər ərzində Azərbaycanın aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrildiyini bildirib. O vurğulayıb ki, 2021-ci ildən ölkəmiz Dünya Bankının donoru qismində iştirak edir.
“Əsədov qeyd edib ki, ölkədə işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün məqsədyönlü tədbirlər görülür, aqrar sektorda müxtəlif növ güzəşt və kredit mexanizmləri tətbiq edilir. Eyni zamanda, qeyri-neft iqtisadiyyatının inkişafının əsas prioritetlərdən biri olduğu vurğulanıb”, - deyə məlumatda bildirilir.
Görüşdə qeyd olunub ki, rəqabətqabiliyyətli iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı, həmçinin dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə əsas fəaliyyət istiqamətlərini təşkil edir və ölkəmiz müvafiq sahələrdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Eyni zamanda, Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəklədiyi və enerji səmərəliliyi istiqamətində ardıcıl fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən “yaşıl enerji” zonasının, ekoloji təmiz nəqliyyatın, “ağıllı” şəhər və kəndlərin yaradılması ilə bağlı layihələr bunun bariz təzahürüdür.
Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Əsədov bildirib ki, bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur.
“Görüşdə Dünya Bankı, o cümlədən IFC ilə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə potensial əməkdaşlıq layihələri nəzərdən keçirilib”, - deyə Nazirlər Kabinetindən bildirilib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət