İsrail və HƏMAS hərəkatı Qəzza zolağında olan girovların fələstinlilərlə mübadiləsi razılaşmasının bağlanmasına hələlik yaxınlaşmayıb. Bunu CNN telekanalı İsrail məmuruna istinadən xəbər verir.
"Hazırda hər şey danışıqlar mərhələsindədir. Heç bir qərar verilməyib ", - telekanal mənbədən sitat gətirir.
CNN qeyd edir ki, İsrail əsirlikdə qalan bütün girovların azad edilməsini xahiş edir. HƏMAS isə yalnız qadın və uşaqların deyil, digər saxlanılan fələstinlilərin də sərbəst buraxılmasını tələb edib.
Eyni zamanda, HƏMAS-ın siyasi bürosunun üzvü Qazi Həməd «Əl-Cəzirə» telekanalına müsahibəsində bildirib ki, qruplaşmanın prioriteti müharibənin dayandırılmasıdır.
«Məqsədimiz çox aydındır: təcavüzü dayandırmaq istəyirik», - Həməd deyib.
O bəyan edib ki, «bəziləri» hərbi əməliyyatlarda bir neçə gün və ya həftələr müddətinə qısa fasilə verməyi gözləyirlər, lakin onun sözlərinə görə, bu, HƏMAS və fələstinlilərin maraqlarına uyğun deyil.
«İsrail girovlar kartını oynayacaq və bundan sonra onlar xalqımızın kütləvi qətliamlarının yeni mərhələsinə başlayacaqlar», - Həməd bildirib.
Həməd əlavə edib ki, hərbi əməliyyatlar dayandırıldığı kimi HƏMAS «danışıqlar aparmağa hazırdır» və Qəzza zolağında fələstinli məhbuslar və girovlarla bağlı kompromis əldə etməyə hazırdır. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət