Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Türkiyənin “Demiroren Holding”i gələn həftə Şərqi Zəngəzur iqtisadi rayonunda 5 kiçik su elektrik stansiyasının yenidən qurulması haqqında müqavilə imzalayacaq. Bu barədə AİŞ-in icraçı direktoru Ülvi Mansurov məlumat verib.
“Gələn həftə “Demiroren Holding”lə Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının yenidən qurulması haqqında müqavilə imzalayacağıq”, - deyə o, dekabrın 21-də Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan panel sessiyada bildirib.
Ü.Mansurovun sözlərinə görə, hazırda AİŞ türk şirkətləri ilə daha üç layihə hazırlayır.
“Layihələrdən biri “Demiroren Holding”lə olacaq. Bu üç layihə Azərbaycanda avtomobil alüminium disklərinin istehsalını, şüşə qabların istehsalı üzrə müəssisənin tikintisini nəzərdə tutur”, - deyə Ü.Mansurov əlavə edib.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 224 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir. 2022-ci ilin sonuna AİŞ-in investisiya portfeli 240,3 milyon manat təşkil edir.
“Demirören Holding” Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir. Şirkətlər qrupu, həmçinin Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət