Hazırda Bakı və Paris arasında müşahidə olunan ikitərəfli münasibətlərin pisləşməsi Ermənistan-Azərbaycan qarşıdurmasında Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi ilə bağlıdır. Bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
O qeyd edib ki, “aydındır ki, Fransa tarixi ədaləti bərpa etmiş, Qarabağda və özünün digər ərazilərində otuzillik erməni işğalına son qoymuş Azərbaycanın qələbəsini həzm edə bilmir”.
E.Əmirbəyovun sözlərinə görə, artıq uzun illərdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi, son zamanlar isə həm də hərbi dəstək verən Fransa özünün ziyanverici fəaliyyəti ilə Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunmasının perspektivlərinə zərbə vurur.
“BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalardan açıq-aşkar anti-Azərbaycan təşəbbüslərinin həyata keçirilməsi məqsədilə bir alət qismində istifadə edilməsi təkcə Fransanın onsuz da şübhəli olan potensial vasitəçi reputasiyasını tamamilə məhv etməyib, həm də Parisə qabaqcıl rollardan birini ayıran Avropa İttifaqının özünə münasibətdə Bakının etimadına ciddi zərər verib”, - deyə xüsusi nümayəndə vurğulayıb.
E.Əmirbəyov hesab edir ki, Paris tərəfindən İrəvana ölümcül silahların tədarükü Cənubi Qafqaz regionunda sabitliyi pozur və təhlükəsizliyə zərbə vurur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanmaya sürükləyir və Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni şəkildə uzaqlaşdırır.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət