Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bəyan edib ki, Bakı İrəvanla Ermənistan ərazisindən keçən nəqliyyat marşrutunun açılmasını müzakirə etməyə hazırdır.
“Azərbaycan Naxçıvanla lazımi əlaqənin (nəqliyyat – İF-Az) yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik”, - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. “Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını bölüşmək üçün dəvət etmişdik. Biz iranlı tərəfdaşlarımızla birlikdə İran ərazisindən keçməklə Naxçıvana alternativ marşrut yaradırıq. İrəvanın bu halda yeni regional kommunikasiya layihəsindən kənarda qalması yalnız onun öz siyasətindən asılı olacaq”, - deyə prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev dəqiqləşdirib ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistandan keçən marşrutun gündəmdən çıxarılması demək deyil. “Biz bu istiqamətdə Ermənistanla işləməyə hazırıq. Daha çox alternativin olması həmişə daha yaxşıdır. Ermənistan vasitəsilə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu mövzu ətrafında yaranmış isteriya tamamilə əsassızdır. Önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, “Pacta sunt servanda” (Razılaşmalar yerinə yetirilməlidir)”, - deyə o qeyd edib.
Prezidentin köməkçisi vurğulayıb ki, beynəlxalq təcrübə, humanitar prinsiplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokadaya almağı dayandırmağı tələb edir. Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan (10 noyabr 2020-ci il tarixli – İF) irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalandan özünü regional blokadanın açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır.
“Azərbaycan Sovet dövründə və hətta ölkələrimizin müstəqilliyinin ilk illərində istismarda olan dəmir yolu ilə keçməli olan ən qısa marşrutu nəzərdə tuturuq, bu marşrutla sonuncu yük qatarı 1992-ci ildə keçib. Ermənistan bu dəmir yolu əlaqəsini bərpa etməkdə maraqlı olduğunu desə də, onlar paralel magistralın tikintisinə qarşı çıxırlar və bunun əvəzində Azərbaycana uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutunu təklif edirlər. Bu, bir daha Ermənistanın nəqliyyat əlaqələrini açmaq istəmədiyini nümayiş etdirir”, - deyə H.Hacıyev bildirib.
O əlavə edib ki, Bakı Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmür. “Çünki Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük”, - deyə H.Hacıyev qeyd edib.
Prezidentin köməkçisi vurğulayıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Ermənistan ərazisindən keçəcək nəqliyyat marşrutuna nəzarət üçün xüsusi olaraq Rusiya Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə istinad edilir. “Mən Rusiya-Ermənistan münasibətlərini şərh etmək istəmirəm. Vurğulamaq istədiyim odur ki, ortada danılmaz konkret faktlar var. Əvvəla, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. İkincisi, Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları qoruyur. Üçtərəfli Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə istinad edilir. Bizimnarahatlıq ondan ibarətdir ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik. Bizim narahatlıqlarımızın əsası var”, - deyə H.Hacıyev əlavə edib.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət