Bazar günü Azərbaycan prezidenti İlham Əliyev və Lüksemburq Böyük Hersoqluğunun Bakıdakı yeni səfiri Alain de Muyser iki ölkənin maliyyə-bank və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Alain de Muyser etimadnaməsini prezident İlham Əliyevə təqdim etdi.
“Söhbət zamanı ölkələrimiz arasında bank, maliyyə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı”, - dövlət başçısının saytında məlumat verilir.
Alain de Muyser Lüksemburqun Azərbaycanda akkreditə edilən ilk səfiri olmasından məmnunluğunu bildirərək, bu təyinatın və səfir kimi fəaliyyətinin ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına, eyni zamanda, insanlar arasında təmasların artmasına xidmət göstərəcəyini qeyd etdi.
Əliyev Lüksemburq Böyük Hersoqluğunun səfirinin Azərbaycanda akkreditə olunmasını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Dövlət başçısı Azərbaycan ilə Lüksemburq arasında əlaqələrin həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından önəmini qeyd etdi. Prezident əməkdaşlığın inkişafı üçün səylərin fəallaşdırılmasının zəruriliyini bildirdi. Muyserin səfir kimi əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlığını ifadə edən Əliyev ona fəaliyyətində uğurlar arzuladı.
Yaşıl enerjiyə keçid, yüksək və kosmik texnologiyalar sahələrində Lüksemburqun zəngin təcrübəyə malik olduğunu deyən de Muyser bu sahədə də əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd etdi. O, Lüksemburqun əsas daşıma şirkəti olan "Cargolux" ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini vurğuladı.
“Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı surətdə məlumatlandırmanın və iqtisadi təmasların artırılmasının vacibliyi qeyd olundu”, - məlumatda deyilir. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət