Peru Azərbaycanla enerji sahəsində əməkdaşlığa ümid edir. Bu barədə Peru Respublikasının Bakıdakı yeni səfiri Sezar Auqusto de las Kasas Dias (Cesar Augusto de las Casas Diaz) bəyan edib.
Bazar günü Azərbaycan prezidenti İlham Əliyev Diasın etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş zamanı səfir Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar nəzərə alınaraq bu sahədə əlaqələrimizin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı.
Onun sözlərinə görə, Peru arxeologiya və mədəniyyət abidələrinin qorunması sahəsində təcrübəyə malikdir və bu istiqamətdə də əməkdaşlıq imkanlarının mövcudluğunu qeyd etdi.
“Söhbət zamanı Azərbaycan ilə Peru arasında ticarət dövriyyəsinin artırılmasının, iqtisadi münasibətlərin fəallaşdırılmasının vacibliyi qeyd edildi, bu xüsusda iki ölkənin biznes dairələri arasında əlaqələrin yaradılmasının zəruriliyi bildirildi”, - məlumatda deyilir.
Görüşdə sərmayə qoyuluşu və qarşılıqlı maraq doğuran investisiya layihələrinin müəyyən edilməsinə, bu xüsusda ölkələrimizin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinə dair fikir mübadiləsi aparıldı. **
B.Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət