İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının 85%-nin və əmək kollektivi üzvlərinə güzəştli satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Ümumi nominal dəyəri 5 min 534,7 manat və ya bir səhmin dəyəri 100 manat olan 55,347 min ədəd səhm satışa çıxarılır. Müəssisənin 3 milyon 121,538 min manat həcmində öhdəlikləri var.
MMC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 3 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Müsabiqənin qalibi dövlət büdcəsinə ən azı 2,8 milyon manat məbləğində vəsait köçürməlidir.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 31 yanvar 2024-cü il tarixinədək aparılacaq. Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi 1 fevral 2024-cü il saat 15:00-da həyata keçiriləcək.
“Bakı Alüminium Profil” MMC Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşir. Müəssisənin əsas fəaliyyət istiqaməti pəncərə, qapı və fasad sistemlərinin istehsalını əhatə edir. MMC-nin nizamnamə kapitalı 5 milyon 534,7 min manat, buraxılmış səhmlərin sayı 55,347 min ədəd təşkil edir. Müəssisədə 5 nəfər çalışır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət