Dövlət Əmlak Məsələləri Xidmətinə Xankəndi şəhərində sahibkarlıq fəaliyyətinin təşkili ilə bağlı biznes subyektlərindən 107 müraciət daxil olub. Bunu qurumun rəisi Mətin Eynullayev deyib.
“Biz Xankəndidə biznes sahələrini 3 istiqamətə bölməyə qərar vermişik: biznes (marketlər, yanacaqdoldurma stansiyaları), tikinti materiallarının istehsalı, quşçuluq və heyvandarlıq sahələrinin inkişafı”, - deyə o, bu gün 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
M.Eynullayevin sözlərinə görə, hazırda şəhərdə iki market və iki yanacaqdoldurma stansiyası fəaliyyət göstərir. Fevralda daha iki yanacaqdoldurma stansiyası fəaliyyətə başlayacaq ki, bu da 40 nəfərin işlə təmin olunmasına imkan verəcək”, - deyə o qeyd edib.
Bundan başqa, iki beton istehsalçısı və qranit və mərmər istehsalı üzrə iki müəssisə ilə razılıq əldə edilib. Xidmət rəisinin sözlərinə görə, bu müəssisələr martın sonuna qədər fəaliyyətə başlayacaq. “Bu isə bölgədə tikinti materiallarının qiymətinə müsbət təsir göstərəcək və daha 50 nəfər işlə təmin olunacaq”, - deyə M.Eynullayev vurğulayıb.
O əlavə edib ki, şəhərdə iki heyvandarlıq kompleksinin fəaliyyətə başlaması ilə bağlı razılıq mövcuddur ki, bu da daha 40 nəfərin işlə təmin olunmasına imkan verəcək.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət