“Azerconnect” şirkəti işğaldan azad olunmuş Azərbaycan ərazilərində (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda - İF) telekommunikasiya şəbəkəsinin inkişafına sərmayələrin həcmini 60 milyon manata çatdıracaq.
“Azərbaycanda İKT və yüksək texnologiyalar sahəsində innovasiyaların tətbiqi ilə seçilən “Azerconnect» şirkəti tərəfindənQarabağ bölgəsində telekommunikasiya şəbəkəsinin qurulmasına bu günə kimi 24 milyon manat həcmində sərmayə yatırılıb. “Azerconnect” şirkəti tərəfindən Azərbaycanın azad edilmiş ərazilərində telekommunikasiya infrastrukturunun bərpasına və inkişafına yatırılan sərmayənin həcmi 60 milyon manata çatacaq”, - “İnterfaks-Azərbaycan” şirkətin məlumatına istinadən xəbər verir.
“NEQSOL Holding»in tərkibinə daxil olan “Azerconnect” şirkəti həmçinin regionda daimi əsaslı yeni iş yerlərinin açılması istiqamətində də fəaliyyətini davam etdirir. Şirkət tərəfindən yaxın zamanda 100-ə yaxın şəxsin yeni iş yerləri ilə təmin edilməsi nəzərdə tutulub.
“Görülən bu işlər “NEQSOL Holding»in Azərbaycanın azad edilmiş ərazilərinə ümumilikdə 200 milyon manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir”, - məlumatda vurğulanır.
“Azerconnect” İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlara uyğun müxtəlif xidmətlər təqdim edən şirkətdir. **
N.Abbasova
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət