Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin cümə axşamı Bakıda mətbuat konfransında bəyan edib ki, Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermənin təşkili açıq təşkil olunub.
“Seçkilərdə səsvermə açıq və məqbul formada təşkil olunub. (...) seçkilər səlahiyyətli və məsuliyyətli şəkildə təşkil olunub", - Karasin bildirib.
Onun sözlərinə görə, Azərbaycanda prezident seçkiləri «rəqabət əsasında keçirilib, məntəqələrdə əlverişli atmosfer yaradılıb».
Bu seçkilərdə Rusiya senatorlarının nümayəndə heyətinə rəhbərlik edən Karasin qeyd edib ki, MDB müşahidəçilər missiyası seçkilərin necə keçirildiyi barədə daha ətraflı hesabat təqdim edəcək.
"MDB müşahidəçilərinin hesabatı obyektiv olacaq, buna əmin ola bilərsiniz. O, iftira və böhtandan azad olacaq", - o vurğulayıb.
Karasin qeyd edib ki, müxtəlif beynəlxalq təşkilatlardan olan müşahidəçilər Azərbaycanda seçkilərin gözəl təşkilini görsələr də, onun fikrincə, çatışmazlıqların olması, beynəlxalq standartlara uyğun gəlməməsi kimi mənfi fikir söyləyənlər də olacaq. «Lakin bu o demək deyil ki, onlar özləri də buna inanırlar», - o vurğulayıb.
Senator hesab edir ki, Azərbaycanda prezident seçkiləri bu ilin mart ayında keçiriləcək prezident seçkilərinə hazırlaşan Rusiya üçün vacib təcrübədir.
Xəbər verildiyi kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, məntəqələrin 93,3%-nin nəticələrinə əsasən, Azərbaycanda növbədənkənar prezident seçkilərində Əliyev səslərin 92,05%-ni toplayıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət