2024-cü il fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ölkə əhalisinin hazırkı Prezident İlham Əliyevi qeyd-şərtsiz dəstəklədiyini təsdiqləyir. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
“Nəticələr tamamilə proqnozlaşdırıla biləndir. 2018-ci ildə keçirilmiş əvvəlki seçkilərdə İlham Əliyev 86% səs toplamışdı və Qarabağa nəzarəti və ölkənin ərazi bütövlüyünü bərpa etdikdən sonra məsələn, mən əmin idim ki, o, 90%-dən çox səs toplayacaq. Lakin nəticələrin çox yaxşı olacağı tamamilə hamıya aydın idi. Buna görə 92% proqnozlaşdırıla bilən nəticədir. Bu isə Azərbaycan Prezidentinin ölkə əhalisi tərəfindən qeyd-şərtsiz dəstəklənməsinin təsdiqidir. Bu, Azərbaycanda həm rəsmilərlə, həm də sadə Azərbaycan vətəndaşları ilə söhbətdə öz əksini tapır”, - deyə Yevdokimov “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafı iki prezident - Vladimir Putin və İlham Əliyev arasında çoxillik hörmətə əsaslanan münasibətlər üzərində qurulub. “Bizim dialoqumuz hansısa konyunktur dəyişikliklərə məruz qalmır, münasibətlər yüksələn xətlə inkişaf edir, ona görə də biz Azərbaycanda prezident seçkilərinin hansısa dəyişikliklərə gətirib çıxaracağını gözləmirdik və gözləmirik. Biz sadəcə olaraq indi etdiyimiz kimi səmərəli və intensiv şəkildə işləməyə çalışacağıq”,- deyə diplomat əlavə edib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərində 92,12% səs toplayıb.*
Xəbərlər şöbəsi
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət