Çərşənbə günü andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gəlib, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.
“Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Dövlətimizin başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular”, - dövlət başçısının saytında məlumat verilir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.
O cümlədən, fevralın 14-də İlham Əliyev və Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər. “Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular. Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər”, - məlumatda vurğulanır. **
İnformasiya şöbəsi
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət