Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov Kabildə Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi məktubu bu ölkənin xarici işlər naziri Mövləvi Əmir Xan Müttəqiyə təqdim edib. Bu barədə Əfqanıstan XİN-in sözçüsü Əbdül Kaxar Balxi “X” platformasında yazıb.
“Azərbaycanın Əfqanıstandakı səfiri İlham Məmmədov bu ölkənin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb və Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib”, - deyə o bildirib.
Balxinin sözlərinə görə, tərəflər xüsusilə iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Müttəqi bildirib ki, Lazurit dəhlizi Əfqanıstan üçün xüsusi əhəmiyyət kəsb edir.
Öz növbəsində, İ.Məmmədov qeyd edib ki, tarixdə ilk dəfə olaraq Azərbaycanın Kabildə səfirliyi açılır. O, Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Əfqanıstana təşəkkür edib və Azərbaycanın da Əfqanıstanın suverenliyinə və müstəqilliyinə hörmət etdiyini və onun daxili işlərinə müdaxilə etmədiyini vurğulayıb.
Səfir əlavə edib ki, Bakı və Kabil arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var.
Milli Məclis 2020-ci il dekabrın 30-da “Azərbaycan Respublikasının Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi qəbul edib. Prezident İlham Əliyev 2021-ci il iyulun 28-də “İlham Məmmədovun Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında” sərəncam imzalayıb.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət