Fevralın 28-də Stavropol diyarında XII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək.
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, forum iqtisadiyyat sahəsində Rusiya və Azərbaycan regionlarının işgüzar və ekspert dairələrinin təmsilçilərini bir araya gətirən ən irimiqyaslı ikitərəfli kütləvi tədbirlərdən birinə çevriləcək.
Forumun təşkilatçıları RF İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir (AZPROMO).
Forumun proqramına plenar iclas və 4 tematik panel sessiyası daxildir. “Forumda Rusiya ilə Azərbaycan arasında sənaye, nəqliyyat və logistika, ekologiya və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın və kooperasiyanın genişləndirilməsi məsələləri müzakirə olunacaq. Tədbir çərçivəsində, həmçinin biznes və hakimiyyət orqanlarının nümayəndələri üçün işgüzar sessiyanın keçirilməsi də planlaşdırılır”, - deyə nazirlikdən qeyd olunub.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət