Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Yol Xəritəsi hazırlanır. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyi nazirliyə istinadən bildirir ki, fevralın 19-da Bakıda Azərbaycan və Sankt-Peterburq arasında İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Sankt-Peterburq hökumətinin üzvü - Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev arasında görüş keçirilib.
“Görüşdə tərəflər iqtisadi gündəliyin genişləndirilməsi üçün perspektivlərin olduğunu qeyd ediblər. Bununla əlaqədar iqtisadi-ticarət, innovasiya, KOB, gəmiqayırma, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.
Bundan başqa, nümayəndə heyətləri Azərbaycan və Sankt-Peterburq arasında 2024-2028-ci illər üzrə ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə Yol Xəritəsini müzakirə ediblər.
“Görüşdə, həmçinin Azərbaycan və Sankt-Peterburq arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının 2024-cü ilin ikinci rübündə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə edilib”, - deyə məlumatda bildirilib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət