Azərbaycan Energetika Nazirliyi maliyyə təsisatlarının dəstəyi hesabına 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyasına ümid edir. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
Amerika Birləşmiş Ştatlarında səfərdə olan Pərviz Şahbazovun Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşü olub.
Nazirliyin məlumatına görə, Azərbaycanda enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, əməkdaşlıq gündəliyində olan prioritet layihələrin icrasının sürətləndirilməsi, həmçinin COP29 (2024-cü ilin noyabrnda Azərbaycanda keçiriləcək - İF) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Şahbazov Azərbaycanda daxili istehlak və ixrac məqsədilə bərpa olunan enerjinin inkişaf etdirilməsi, şəbəkənin gücləndirilməsi və modernləşdirilməsi, həmçinin regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsi ilə bağlı genişmiqyaslı fəaliyyətdə Dünya Bankının iştirakını yüksək qiymətləndirib.
“Bildirilib ki, Dünya Bankının AYİB və digər potensial tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi prosesinin intensivləşdirilməsi və bu məqsədlə maliyyə dəstəyinin tezləşdirilməsi ölkəmizin bərpa olunan enerji ilə bağlı hədəflərinin reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır”, - məlumatda vurğulanır.
Bassani bildirib ki, Dünya Bankı COP-a sədrlik edən ölkə olaraq Azərbaycana “yaşıl enerji keçidi” üzrə əldə etdiyi irəliləyişləri nümayiş etdirməkdə, birgə layihələrin tezliklə reallaşmasında və iddialı islahat gündəliyinin icrasında kömək etməyə hazırdır.
Görüşdə, həmçinin 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, damüstü günəş panelləri, enerji saxlanc sistemləri, “yaşıl hidrogen”, enerji səmərəliliyi və emissiyaların azaldılması üzrə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət