“Embafinans BOKT” QSC 1,5 milyon manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi BOKT-un emissiya prospektinə istinadən bildirir.
Emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 1,5 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 11,5%-dir (kupon faizlərinin ödəniş müddəti 3 aydan birdir).
“Embafinans” istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaiti kredit portfelinin genişləndirilməsinə yönəldəcək.
Yerləşdirmə üzrə anderrayter “ABB-Invest İnvestisiya Şirkəti” QSC-dir.
Hazırda “Embafinans”ın 5,5 milyon manat məbləğində istiqrazı tədavüldədir.
“Embafinans” BOKT 2012-ci ildə yaradılıb. Cəmiyyətin səhmdarları 2 fiziki şəxs, nizamnamə kapitalı 10 milyon manatdır. BOKT riteyl və mikrokredit seqmentində fəaliyyət göstərir. 2022-ci ilin sonuna “Embafinans”ın bazardakı payı 10% təşkil edir.
2023-cü il sentyabrın 30-na “Embafinans”ın aktivləri 62,858 milyon manata, kredit portfeli 59,132 milyon manata, öhdəlikləri 46,218 milyon manata bərabərdir. 2023-cü ilin 9 ayı ərzində BOKT-un xalis mənfəəti 3,311 milyon manat təşkil edib. 2012-ci ildən etibarən “Embafinans” ümumilikdə 460 milyon manatdan artıq məbləğdə kredit verib, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 0,7%-dir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət