İsrail ciddi ittihamlarla məhkum edilmiş fələstinliləri radikal HƏMAS hərəkatı tərəfindən girov saxlanılan israillilər qarşılığında azad etməyə hazır olduğunun siqnalını verib. Bu barədə KİV xəbər verir.
“Al-Jazeera” telekanalının məlumatına görə, İsrail 400 fələstinli məhbusu, o cümlədən bəzi ciddi ittihamlarla məhkum edilənləri Qəzza zolağında saxlanılan 40 israilli qadın və yaşlı kişinin azad edilməsi qarşılığında, girov sazişi əldə ediləcəyi təqdirdə azad etməyə hazırdır.
Öz növbəsində, “New York Times” nəşri məlumatlı məmurlara istinadən xəbər verir ki, israilli elçilər ABŞ-ın təklifi ilə fərdi qaydada razılaşıblar. Buna əsasən, ağır terror ittihamları ilə məhkum edilmiş 15 fələstinlinin qrşılığında İsrail Müdafiə Ordusunun beş qadın əsgəri azad ediləcək.
Mümkün sövdələşmənin digər elementləri, o cümlədən atəşkəs müddəti və İsrail silahlı qüvvələrinin Qəzza zolağından tam çıxarılması tələbi hələ də müzakirə olunur.
Nəşrin vurğuladığı kimi, HƏMAS hələ təklifə cavab verməyib, lakin İsrailin mövqeyinin dəyişməsi danışıqları girovlarla bağlı razılığa və mümkün atəşkəsə yönəldə bilər. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət