Azərbaycan Rusiyaya bitki məhsullarının tədarükünü artırır. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev məlumat verib.
"Bütövlükdə, məhsul idxalı və ixracı dinamikası artmaqda davam edir. Belə ki, 2023-cü ildə Rusiyaya Azərbaycandan 2022-ci ilə nisbətən 87,% çox bitki məhsulu ixrac edilib. 2024-cü ilin yanvar-fevral aylarında da müsbət dinamika saxlanılıb. Azərbaycandan Rusiya Federasiyasına ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 21% artıb", - Quliyev çərşənbə günü Minvodıda keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda bildirib.
“İnterfaks” Forumda iştirak edən “Rosselxoznadzor”un rəhbərinin müavini Konstantin Savenkovun sözlərinə istinadən xəbər verir ki, son üç ildə Azərbaycandan Rusiya Federasiyasına heyvandarlıq məhsullarının idxalı 50% artıb, balıq, süd məhsulları üzrə də artım müşahidə olunur. Ötən ilin sonunda yumurta tədarükü başlayıb ki, bu indi də davam edir.
Ötən il Rusiya Federasiyası Azərbaycana 1,2 milyon ton taxıl ixrac edib.
"İkitərəfli ticarət dinamikasının faktiki olaraq bütün istiqamətlərdə artdığını görürük. 2024-cü ildədə eyni dinamika. (...) Taxıl məhsullarına gəldikdə isə, ötən il 1,2 milyon ton tədarük edilib", - Savenkov qeyd edib.
Həmçinin, 2024-cü ilin yanvar-fevral aylarında Rusiya Federasiyasına ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının tədarükü 40% artıb. Azərbaycan bu məhsulun Rusiya Federasiyasına əsas tədarükçülərindən biridir.
O xatırladıb ki, ötən ilin sonunda Yaraq-Kazmalyar keçid məntəqəsinin (Rusiya Federasiyasının Azərbaycanla sərhəddində - İF) yenidən qurulması başa çatdırılıb, müvafiq olaraq yük axını artıb. "Biz başa düşürük ki, geridə qalmamalıyıq - bu gün nəzarət prosedurlarını dəyişmək, tənzimləmək lazımdır ki, nəzarət, yüklərin rəsmiləşdirilməsi proseduru operativ olsun. Əgər burada heyvandarlıq məhsulları ilə bağlı çoxdan risk idarəetmə sistemi mövcuddursa, keçid məntəqələri yalnız yüksək riskli, baytarlıq riskli məhsullara nəzarət edir, bir qayda olaraq, bunlar canlı heyvanlardır, ya da müəyyən risk əmsalı olan məhsul seqmentləridir", - Savenkov bildirib.
"Azərbaycandan daxil olan bitkiçilik məhsulları ilə bağlı aqrologistika terminalın açılışı əlamətdar hadisədir. Həmkarlarımızla razılığa gəldik ki, bu terminalda müfəttişlərimiz birlikdə nəzarəti həyata keçirmək üçün iştirak edəcəklər", - o əlavə edib. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət