Martın 5-də Astana şəhərində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək. Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
“İclasda Azərbaycanı komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Qazaxıstan tərəfdən komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir”, - deyə məlumatda bildirilir.
İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlər müzakirə olunacaq.
“Həmçinin ticarət-iqtisadi, energetika, sənaye, tikinti, nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə,gənclər siyasətivə digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
Hökumətlərarası Komissiyanın 19-cu iclası 2023-cü ilin aprel ayında Bakıda keçirilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət