Türkmənistan 2024-cü ildə Türk Dövlətləri Təşkilatının (TDT) üzvü ola bilər. “Neytral Türkmənistan” hökumət qəzeti xəbər verir ki, bunu Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Antalyada keçirilən III Diplomatiya Forumundan sonra jurnalistlərə açıqlamasında bildirib.
“İnterfaks”ın məlumatına görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının “TÜRKSOY” jurnalının baş redaktoru Salim Ezer qeyd edib ki, hazırda Türkmənistan TDT-də müşahidəçi statusuna malikdir və təşkilat çərçivəsində aktiv fəaliyyət göstərir. O, Berdiməhəmmədova Türkmənistanın nə zaman TDT-nin tamhüquqlu üzvü olacağı ilə bağlı sual ünvanlayıb.
“Bu il biz ölkəmizdə böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyini qeyd edirik. Bu münasibətlə təntənəli tədbirlər təşkil olunacaq. Məhtimqulu Fəraqiyə həsr olunmuş Zirvə Toplantısı keçiriləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu tədbirdə iştirak etmək arzusunu ifadə edib. Türkmənistan bu sammitdə Türk Dövlətləri Təşkilatının üzvü ola bilər”, – deyə Berdiməhəmmədov vurğulayıb.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət