Fələstinin HƏMAS qruplaşması İsrailin Qəzza zolağında barışıq təklifini rədd etdi, lakin vasitəçilərin iştirakı ilə dialoqu davam etdirməyə hazır olduğunu bildirdi. Bu barədə EFE agentliyi HƏMAS-ın açıqlamasına istinadən xəbər verir.
Qruplaşmanın açıqlamasına görə, İsrail «bu razılaşma ilə bağlı öhdəliklərdən, xüsusilə daimi atəşkəs, köçürülmüş şəxslərin geri qaytarılması, Qəzza zolağından çıxması və xalqımızın ehtiyaclarının ödənilməsi ilə bağlı öhdəliklərdən qaçmaqda davam edir».
«Hərəkat xalqımızın tələblərini və maraqlarını həyata keçirməyə imkan verəcək sazişə nail olmaq üçün vasitəçilər vasitəsilə danışıqları davam etdirəcək», - HƏMAS-dan bildirilib.
HƏMAS nümayəndə heyəti danışıqları bərpa etmək üçün həftənin əvvəlində Qahirəyə gəlib. Lakin İsrail Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina etdi, çünki HƏMAS-ın girov götürdüyü şəxslərdən sağ qalanların siyahısını hələ əldə etməyib.
EFE agentliyi qeyd etdiyi kimi, HƏMAS belə bir siyahı tərtib edə bilməyib, çünki onun bütün girovların yeri və ya statusu barədə məlumatı yoxdur, onların bəziləri təcrid olunmuş özəklərin və ya digər hərbi dəstələrin əsirliyindədir.
İsrail hesab edir ki, Qəzzada 130 girov qalır, onlardan 99-u sağdır. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət