Bakı və Zaqreb müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirir. Bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu gün Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışı zamanı deyib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, son dövrlərdə Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarətin həcminin artmasına diqqət çəkən Cəfərov Bakı və Zaqrebin iqtisadi-ticari əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malik olduğunu qeyd edib.
O vurğulayıb ki, Azərbaycan-Xorvatiya münasibətləri yalnız iqtisadi sahədə əməkdaşlıqla məhdudlaşmır. Nazir müavini bildirib ki, 2025-ci ildə Zaqrebdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Biz iki ölkə xalqlarını yaxınlaşdırmaq üçün mədəni-humanitar əlaqələri də inkişaf etdirməyə çalışırıq”, - deyə Cəfərov diqqətə çatdırıb.
O, Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində (Qarabağ və Şərqi Zəngəzurda – İF) həyata keçirilən layihələrdə iştirak etməsi üçün potensialın olduğunu bildirib.
Mədəniyyət nazirinin müavini biznes forumun səmərəli olacağına ümidvar olduğunu deyib.
Hər iki ölkənin səfirləri Branko Zebiç və Anar İmanov müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının olduğunu qeyd ediblər.
Zebiç xüsusilə informasiya texnologiyaları, energetika, kənd təsərrüfatı və turizm sahələrindən danışıb.
Tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Biznesin Beynəlmiləlləşməsi Mərkəzinin (Xorvatiya İqtisadiyyat Palatası) direktoru Silva Stipiç Kobal, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və “Span Azerbaijan” şirkətinin baş meneceri Eldar Cahangirov da iştirak ediblər.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət