"Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti" PHŞ Ağdam rayonunun Xıdırlı kəndində qeyri-yaşayış binalarının tikintisi üçün podratçı seçir.
Seçim açıq tender üsulu ilə keçirilir. Müsabiqədə iştirak haqqı – 1,5 min manat təşkil edir.
Tender 2 mərtəbəli inzibati bina, klub-icma mərkəzi və bağça tikintisini nəzərdə tutur. İşlərin təxmini dəyəri – 7 milyon 352,29 min manatdır.
Şirkətlərdən tender təklifləri 18 aprel saat 16:00-dək qəbul olunur.
Zərflərin açılışı həmçinin 18 aprel saat 16:00-da baş tutacaq.
Əlaqələndirici şəxs: Fərrux Hüseynzadə, email :f.huseynzade@qbti.gov.az; Əlaqə telefonu : +99412 526 47 90.
Xəbər verildiyi kimi, 4 oktyabr 2022-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb.
Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.
Kənddə tikinti işlərinin 2024-cü ildə tamamlanması nəzərdə tutulur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət