Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronla keçirilən görüşlərdə İrəvan ilə Bakı arasında münasibətlərin normallaşmasını müzakirə edib.
“Paşinyan Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Makronla görüşüb. Ermənistan və Fransa arasında yüksək səviyyədə siyasi dialoqun vacibliyi qeyd olunub və çoxsahəli əməkdaşlığı daha da gücləndirmək niyyəti vurğulanıb”, - Ermənistan hökumətinin mətbuat xidməti bəyan edib.
Əlavə olunub ki, görüş zamanı "Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara, Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunulub. Ermənistan-Avropa İttifaqı əməkdaşlığının inkişafı və genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb".
Paşinyan Mişel ilə görüş zamanı Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib.
Avropa İttifaqı Şurası prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət