Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri “Crocus City Hall” konsert zalında aparılan axtarış-xilasetmə işlərini yekunlaşdırıblar. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Rusiya FHN-in mütəxəssisləri yanğının nəticələrini tamamilə aradan qaldırıb, eləcə də dağıntıların təmizlənməsi işlərini yekunlaşdırıblar. Sonrakı işlər mühəndis texnikasından istifadə etməklə mexaniki üsulla aparılacaq”, - deyə FHN-dən jurnalistlərə bildirilib.
Xilasedicilər tərəfindən 900 kubmetrdən çox dağılmış konstruksiya sökülərək binadan çıxarılıb.
Hadisə yerində qəza-xilasetmə işlərinə mindən çox insan və 300-dən çox texnika cəlb olunub.
Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Bir neçə silahlı şəxs ziyarətçilərə atəş açıb və yanğın törədiblər. Son məlumatlara görə, terror aktı nəticəsində 139 nəfər ölüb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət